Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:27

-

Xəyalə Sevil

Şeir

Həyat bu qədər sadə

Bu küçə də

axırıncı vaqon kimi

boşaltdı adamlarını.

Və bu gecə də

qaranlıq qara kəlağayını

saldı şəhərin boynuna.

Yol boyu uzanan gecə işıqları

açdı gözlərini.

Külək deyinə-deyinə

oyatdı yuxudan yarpaqları.

Yəni,

Həyat bu qədər sadə,

Həyat bu qədər təkrar.

Amma ürəyimdə

təkrarlanmayan biri var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG