Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:31

-

Almaniyada yaşayan rəssam sərgisini Avropa Oyunlarına həsr etdiyini deyib

"Şəhər və insanlar"

İyunun 26-da Bakıdakı “Villa Art” qalereyasında əməkdar rəssam Əşrəf Heybətovun “Şəhər və insanlar” adlı fərdi sərgisi açılıb.

Sərgi "Azərbaycan İncəsənət Konsulluğu" (Arts Council Azerbaijan) qeyri-hökumət təşkilatının təşəbbüsü ilə və “Simürq” Azərbaycan Assosiasiyasının dəstəyi ilə təşkil olunub.

Əşrəf Heybətov jurnalistlərə deyib ki, “Şəhər və insanlar” sərgisini paytaxtımızda keçirilən Avropa oyunlarına həsr edib. Sərgidə Bakı və onun insanlarının təsvir edildiyi otuzdan çox tablo nümayiş etdirilir.

Rəssam 1951-ci ildə Bakıda doğulub, uzun müddətdir Almaniyada yaşayır.

XS
SM
MD
LG