Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:52

-

Adnan Menderesin xatirəsinə...

Türkiyənin Aydın şəhərinin mədəniyyət və turizm üzrə direktoru Nuri Aktakka edam cəzası ilə həyatını itirmiş (1961) baş nazir Adnan Menderesin xatirəsinə Demokratiya Muzeyi qurulduğu haqda yazılı bəyanat verib.

Muzeyin açılması haqda qərar baş nazir Ahmet Davutoğlunun təşəbbüsüdür.

Bu məqsədlə Aydın Arxeologiya Muzeyinin binasını Adnan Menderes Demokratiya Muzeyinə çevirəcəklər.

İndi Adnan Menderes Universiteti başqa bir neçə mədəniyyət mərkəzilə birlikdə mərhum baş nazir haqda xatirələri əks etdirən məlumatları, sənədləri, şəxsi əşyaları toplamaqdadır.

Bunlar Menderesin gəncliyinə, siyasi fəaliyyətinə, baş nazirlik dövrünə, ölkə üçün gördüyü işlərə və demokratiya uğrunda mübarizəsinə aid materiallardır. Muzeydə keçmiş baş nazirin öz yazıları da nümayiş etdiriləcək.

Orada “Adnan Menderesin həyatı”, "Adnan Menderes və Milli Mübarizə”, "Adnan Menderes Siyasətin qapılarını açır”, "Adnan Menderes, Demokrat Partiyası və Yerli Siyasət”, "Adnan Menders və İqtisadi Sərmayələr”, "Adnan Menderes və Sosial İslahatlar”, “Adnan Menderes, Xarici siyasət və Xarici səfərlər”, “Adnan Menderes və 27 mart” adlı bölmələr olacaq.

Mədəniyyət və turizm direktoru Aktakka deyib: "Biz təşkilatlara və xalqa müraciət edirik.

Əgər onlarda Adnan Menderes haqda materiallar varsa, qoy bizə müraciət etsinlər. Hər şeyi mümkün olduğu qədər tez hazırlamaq və Adnan Menderes Demokratiya Muzeyini ən qısa zamanda açmaq istəyirik”.

Açılış təxminən bu ilin sonlarına planlaşdırılır.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG