Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:16

«Messenger»i telefon nömrəsi ilə işlətmək olacaq


Messenger
Messenger

-

Bu günədək «Messenger» mesajlaşma proqramını Facebook hesabı ilə işlədirdik. Artıq Facebook-da qeydiyyatdan keçmədən də «Messenger» işlətmək olacaq.

Bu barədə Facebook newsroom-da məlumat verilir.

Proqramı yükləyib açdıqda, «Facebook-la qeydiyyatdan keç» bölməsinin altında «Facebook hesabınız yoxdur?» sualı görünəcək. Bu bölməni seçdikdə, telefon nömrəsi, ad və foto ilə qeydiyyat mümkün olacaq.

Yenilik ilkin olaraq Amerika, Kanada, Venesuela və Peru kimi ölkələrdə istifadəyə verilib. Növbəti günlərdə digər ölkələrdə də aktivləşəcəyi bildirilir.

Telefon nömrəsi ilə qeydiyyatdan keçənlər də «Messenger»in bütün özəlliklərindən faydalana biləcəklər.

XS
SM
MD
LG