Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:12

-

Fransada Lion şəhəri yaxınlığında ABŞ şirkətinə məxsus qaz-kimya zavoduna hücum olub.

Məlumata görə, darvazadan girən avtomobil zavodun ərazisində qaz saxlancına çırpılıb. Bu da partlayış və yanğın törədib. İki nəfər yaralanıb.

Fransa prezidenti Francois Hollande deyib ki, bütün əlamətlərinə görə bu hadisə "terror hücumu"na oxşayır.

Hadisə yerinə gələn polis avtomobillə zavod ərazisinə gorməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Bu, 35 yaşlı Yacine Sali-dir. İlkin məlumatda zavod ərazisində başı kəsilmiş meyitin də tapıldığı deyilirdi.

İndi Fransa mətbuatı yazır ki, bu, Sali-nin işlədiyi təchizatçı şirkətin 50 yaşlı meneceridir. Bu şirkət qaz-kimya zavodu ilə işbirliyindədir.

Güman edilir ki, onun meyitini avtomobildə gətirib zavodun həyətinə atıblar. Onun başı da oradan tapılıb. Üzünə ərəbcə yazılar yazılmış halda.

Zavodun həyətində islamçı bayrağı da tapılıb.

Menecerin kimliyi, milliyyəti açıqlanmır.

Fransanın daxili işlər naziri Bernard Cazeneuve deyib ki, şübhəli şəxs qismində saxlanan Yacine Sali radikallaşması ilə bağlı şübhələrə görə bir neçə il nəzarət altında saxlansa da, həbs edilməyib.

Bu ilin əvvəlində islamçılar Parisdə də terror törətmişdi.

Eyni gündə Tunisdə beşulduzlu hotelə hücum olub, ən azı 27 adam ölüb. Sousse regionundakı kurorta hücumu Daxili İşlər Nazirliyi "terror"adlandırıb. İmperial Riu Marhaba hotelinə hücumda ölənlər arasında xaricilər də var.

Polis zavoda girişi bağlayıb.

Polis zavoda girişi bağlayıb.

Qaz zavodu ətrafında polis əməkdaşları

Qaz zavodu ətrafında polis əməkdaşları

Zavod yaxınlığında üzərində ərəbcə yazılar olan bayraqlar tapılıb.

Zavod yaxınlığında üzərində ərəbcə yazılar olan bayraqlar tapılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG