Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:01

-

"Hər iki ölkənin liderləri bu gün tamamilə Kremldən asılıdır. Geniş mənada götürsək, kukladırlar - kuklaların sahibi öz maraqları naminə iki xalqı vuruşdurur".



Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, AŞPA-da Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Ariev AzadlıqRadiosunun “Настоящее время” televiziya layihəsinə müsahibə verib. Ariev müsahibəsində Azərbaycan barədə də danışıb. Müsahibəni təqdim edirik.

- Son günlər Azərbaycan mətbuatı hazırkı Ukrayna hakimiyyəti haqqında tənqidi yazılar dərc edir. Poroşenkonun Avropa Oyunlarının açılış mərasiminə gəlməməsi isə hətta təhqir kimi qəbul olunur. Üstəlik, Ukraynada baş verən son hadisələr Rusiyanın mövqeyinin xeyrinə təqdim edilir. Bunlar sizi narahat edirmi? Azərbaycan və Ukrayna uzun müddət çox yaxın müttəfiq olublar, bəs indi münasibətlərdə nə baş verir?

- Təəssüf ki, Azərbaycan da Ermənistan kimi Rusiya siyasətinin qurbanıdır. Çoxdandır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsindən sui-istifadə edərək bu iki ölkəni üz-üzə qoyur.

Azərbaycanın neft-qaz gəlirlərindən əldə etdiyi vəsaitlər hesabına Dağlıq Qarabağı geri qaytarmasın deyə, Rusiya Ermənistanda öz qoşununu saxlayır.

Odur ki, hər iki ölkənin liderləri bu gün tamamilə Kremldən asılıdır. Geniş mənada götürsək, kukladırlar - kuklaların sahibi öz maraqları naminə iki xalqı vuruşdurur. Uzun illərdir ki, Qafqazda baş verənləri məhz bu cür izah etmək olar. Qafqaz çətin region olduğundan, burada gərgin vəziyyəti qoruyub saxlamaq, hər kəsi üz-üzə qoyaraq vəziyyətə nəzarət etmək Putinə sərf edir.

Rusiya - Əliyev və Sarkisianla görüşür. Rusiya lideri Medvedevin vasitəçiliyi ilə, 2012

Rusiya - Əliyev və Sarkisianla görüşür. Rusiya lideri Medvedevin vasitəçiliyi ilə, 2012

Odur ki, İlham Əliyevin davranışlarına xüsusi olaraq təəccüblənmirəm. O, milli lider kimi yox, vassalın süzereni (iri feodal - red) kimi davranır.

İndiki situasiyada deyə biləcəyim bir şey var: Azərbaycanda insan haqları ilə bağlı baş verənlər, jurnalistlərin təqibi, insanları sosial şəbəkərlərdə hansısa postu bəyəndiyinə görə işdən çıxarmaq dəhşətli haldır. Üstəlik, Yerevanda nümayişin dağıdılması. Bütün bunlar rusların başqa dövlətlərin torpaqlarında törətdikləridir.

Ona görə də nə qədər ki, Azərbaycan özünün müstəqil, ciddi, cəsarətli siyasətini formalaşdıra bilməyəcək, idarəçiliyi demokratik dəyərlərə doğru dəyişməyəcək, həmişə Rusiyanın təsirində qalacaq, Rusiya onunla üçüncü dərəcəli dövlət kimi saymazyana davranacaq. Halbuki Azərbaycanın regionda ən varlı dövlət olmaq şansı var.

Aryev-in digər suallara cavabları ilə burada tanış ola bilərsiniz.

Hakimiyyətyönlü media orqanları Arievin İlham Əliyevə nə dediyini qeyd etmədən onun çıxışına reaksiyalar dərc etməyə başlayıblar.

Ali Radanın deputatı Nataliya Veselova deyib ki, Aryevin fikirləri onun şəxsi yanaşmasıdır: “O heç vaxt Ukrayna parlamenti adından belə açıqlama verə bilməz, çünki onun belə ifadələri Ukrayna dövlətinin xarici siyasətinə tamamilə ziddir. Biz Ali Rada olaraq üzr istəyirik və hesab edirəm Aryev özü də şəxsən Ukrayna-Azərbaycan dostluğunu xatırlayıb Azərbaycandan üzr istəməlidir". (APA)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG