Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:15

«20 Yanvar qırğınının əsas təşkilatçısı» öldü


Yevgeny Primakov
Yevgeny Primakov

-

«Primakov Azərbaycan tarixində 20 Yanvar faciəsinin, cinayətinin əsas təşkilatçısı kimi qalır və qalacaq».

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Yevgeny Primakov-un Azərbaycan tarixində yerini şərh edərkən Azadlıq Radiosuna belə deyib. O, bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Qızıl Ordunun Bakıya yeridilməsində həlledici qərarı Primakov verib, məhz onun Gorbachev-ə təklifi və tövsiyəsi ilə…

«MÜTƏLLİBOV VƏ ƏLİYEV HAKİMİYYƏTİ İSƏ…»

İsa Qəmbər deyir ki, 1991-ci ilin yanvarında – faciənin birinci ildönümündə Yevgeny Primakov-un adı 20 Yanvar faciəsinin günahkarları siyahısına salınıb. Amma Heydər Əliyev hakimiyyətə gələndən sonra onun adı bu siyahıdan çıxarılıb:

Gözlə

No media source currently available

0:00 0:04:06 0:00
Direct-ə keçid

«Həmin dövrdə Primakov Rusiyada rəhbər vəzifə tuturdu. Biz bütün günahkarların - istər Bakıda oturan, istər Rusiyada - hamısının adının siyahı salınmasını tələb edirdik. Bu gün də eyni mövqedəyik. 1991-ci ildə, Mütəllibov hakimiyyəti zamanı vəzifədəkilərin adlarını 20 Yanvar günahkarları siyahısından çıxarmağa çalışırdılar. Eyni xətti 1994-cu ildə Heydər Əliyev davam etdirdi. Biz hadisədə günahkarların hamısının qanun qarşısında cavabdehlik daşımasının tərəfdarı olmuşuq».

«GÜNAHKARLAR ÖLƏNDƏN SONRA BELƏ CƏZALARINI ALMALIDIR…»

Yevgeny Primakov 20 Yanvar 1990-cı il faciəsindən bir neçə gün öncə Bakıda olub, görüşlər keçirib. İsa Qəmbər deyir ki, yanvarın 14-də Kommunist Partiyasının Mərkəzi Komitəsi Xalq Cəbhəsinin rəhbərliyini Əbdürrəhman Vəzirovla görüşə dəvət edib:

«Xalq Cəbhəsinin idarə heyətindən 10-12 nəfər həmin görüşə getdik. Başqa dəvət edilənlər də varıydı. Amma orda bildik ki, görüş Vəzirovla deyil. Ümumiyyətlə, Vəzirov heç otaqda deyildi. Əsasən Moskvadan gələnlərlə ölkədəki vəziyyət müzakirə edildi. Kifayət qədər sərt bir söhbət alındı».

İsa Qəmbər sonda əlavə edir ki, hər bir şəxs etdiklərinin cəzasını almalıdır:

«Yaşadıqları vaxt almırlarsa, ölümlərindən sonra insanların xatirəsində və ya tarix səhifələrində olsa belə».

Gorbachev, Yazov və Primakov...

Rusiyanın keçmiş baş naziri və XİN rəhbəri olmuş Yevgeny Primakov 86 yaşında vəfat edib. 1990-cı ildə Bakıda baş vermiş yanvar hadisələrindən qabaq Bakıya Kremlin nümayəndəsi kimi məhz Primakov gəlmişdi. Primakov Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998), baş nazir (1998-2000) işləyib.

«1990-cı illərdə Qorbaçov, Yazov və Primakov Azərbaycanı bölüşdürmüşdülər və bunu rəsmiləşdirmək istəyirdilər. Azərbaycana radikal İslam damğası vuraraq buranı dağıtmaq istəyirdilər». APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu il 20 Yanvar şəhidlərinin yaxınları ilə görüşdə demişdi.

Cəmil Həsənlinin yazısından:

«1990-cı il Yanvarın 14-də bazar günü Primakovun və digər Moskva nümayəndələrinin iştirakı ilə respublika rəhbərliyinin toplantısı keçirildi. Vəzirov vəziyyət haqqında məlumat verdi. Primakov şəhərdəki erməni talanları ilə maraqlandıqda «Azərinform»un sədr müavini S.Perets öldürülən ermənilərin sayı barədə məlumat verib və əlavə etdi ki, «hələ Xalq Cəbhəsinə çox sağ ol deyin ki, öz xalqının simasını qoruyub saxlayaraq, ermənilərin bərəylə təxliyyəsini təşkil edib. Yeri gəlmişkən, sizin yerinizə... Yoxsa, öldürülənləri onlarla deyil, yüzlərlə sayardınız». Bu sözləri eşidəndə Primakov əsəbi formada dedi ki, «bəsdir!»

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG