Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:28

Abbas Abbasovun qardaşı «Bandotdel»də saxlanılır


Abbas Abbasov
Abbas Abbasov

-

«KREDİT QALMAQALI»NDA DAHA BİR HƏBS

«Azadlıq» qəzeti yazır ki, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasovun da adı Beynəlxalq Bankla bağlı «kredit qalmaqalı»nda hallanır.

«Nadir Abbasov bir müddət əvvəl Gəncədə keçmiş «Yeyinti Ticarəti İdarəsi»nin bazasında soyuducular tikmək üçün kredit götürüb. Bir neçə gün əvvəl onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə çağırıblar və krediti dərhal qaytarması tələb olunub. Məlumatda deyilir ki, Nadir Abbasov hələ də bu idarədə saxlanılır».

Qəzetin yazdığına görə, bir neçə gün əvvəl Abbas Abbasovun digər qardaşı Həmid Abbasovun isə həyat yoldaşı Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən bağça müdiri vəzifəsindən azad olunub. Onun qızı da işdən çıxarılıb. Bağçanın işçiləri iki gün əvvəl Elmar Vəliyevlə görüşmək istəyiblər. Lakin görüş baş tutmadığından etirazlarını yazılı şəkildə bildiriblər.

AVROPA OYUNLARI VƏ MEYVƏ-TƏRƏVƏZİN BAHALIĞI

«Bizim yol» qəzeti diqqəti son həftələrdə Bakıda mövsümi meyvə və tərəvəzlərin qiymətlərində kəskin bahalığa çəkir.

Meyvə-tərəvəz
Meyvə-tərəvəz

«Bakıda yerli mövsümi meyvə-tərəvəzlər xarici məhsullardan bahadır. Nəyə görə bazarlarda yerli məhsullar azalıb? Dövlət Statistika Komitəsinin rəqəmlərinə inansaq, tərəvəz istehsalı 11.5 faiz, giləmeyvə istehsalında isə 13.7 faiz artım var.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov «Bizim Yol»a bildirib ki, meyvə-tərəvəz istehsalı yerli tələbatı tam ödəyə bilmir: «Azərbaycan keçən il 844 min ton meyvə, 1.6 milyon ton tərəvəz və bostan məhsulları istehsal edib. Təəssüf ki, bu qədər istehsal Ümumdünya Səhiyyə Təşkilatının normasına uyğun deyil. Normaya görə, adambaşına illik norma 110 kq, tərəvəz və bostan məhsulları isə 146 kq nəzərdə tutulub.Problem ondan ibarətdir ki, istehsal etdiyimiz məhsulların hamısı əmtəəlik deyil. Standarta uyğun olmadığı üçün istehsal olunan məhsulların hamısı istehlakçılara çatmır».

Mütəxəssis bahalaşmaya həm də Avropa Oyunlarının təsirindən danışıb, bildirib ki, rayon maşınlarının paytaxta girişinə məhdudiyyətlər qoyulduğundan kəndlilər öz məhsullarını Bakıya gətirə bilməyib, ona görə də paytaxtda bahalıq hökm sürür.

Rauf Əliyev
Rauf Əliyev

«ONLARIN ANCAQ BİR YOLU QALIB...»

«Niyə görə son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyası müntəzəm xarakter alıb? Cavab aydındır. Bu, Azərbaycanın yeritdiyi müstəqil siyasət, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi və öz seçdiyi, müəyyənləşdirdiyi yolla inamla irəliyə doğru getməsidir».

yap.org.az-ın yazdığına görə, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib. Bildirib ki:

«Əlbəttə, Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar bu qüvvələri daima narahat edir. Bu hücumlar I Avropa Oyunları zamanı daha da güclənmişdir. Bu tədbirin belə möhtəşəm, təkrarsız milyonlarla tamaşaçını heyran qoyan formada keçirilməsi Azərbaycanı sevməyən qüvvələri daha da qıcıqlandırır. Onların ancaq bir yolu qalmışdır: Ancaq yalan və böhtanla Azərbaycanın günü-gündən artan nüfuzuna ləkə gətirmək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG