Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:02

ABŞ-ın Helsinki Komissiyasının sədri, respublikaçı Chris Smith Azərbaycanda dini azlıqlara, özəlliklə Yehova Şahidlərinə təzyiqlərin artmasına cavab olaraq bəyanat verib

-

ABŞ-ın Helsinki Komissiyasının sədri, respublikaçı Chris Smith Azərbaycanda dini azlıqlara, özəlliklə Yehova Şahidlərinə təzyiqlərin artmasına cavab olaraq bəyanat verib.

Sədr Irina Zacharchenko və Valida Jabrayilova barəsində həbs qətimkan tədbirindən dərin narahatlığını bildirib. “Onlar Yehova Şahidləri icmasının üzvləridir və 4 ay əvvəl həbs olunublar. Hökumət onları inanclarını ictimaiyyət arasında yaymaqda təqsirli bilib. 4 aydır onların ailə üzvləri ilə görüşünə icazə verilmir, ağır şəraitdə saxlanırlar. Onlara hətta İncil də vermirlər. Məlumatlara görə, səhhətləri pisləşib”.

“Hökumət daim dini azadlığı təmin etməsilə öyünür, ancaq həqiqət odur ki, çox insan inancına görə həbs olunub. Azərbaycan hökumətini Zacharchenko və Jabrayilova-nı dərhal azad etməyə çağırıram”.

Zacharchenko-nun 55 yaşı var, əlil və duldur. 38 yaşlı Jabrayilova isə yaşlı anasına baxırdı. Onlar barəsində həbs qətimkan tədbiri azı iyulun 15-dək uzadılıb. “ATƏT üzvü olaraq Azərbaycan üzərinə din azadlığına hörmət öhdəliyi götürüb,” bəyanatda deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG