Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:10

“Təyyarəni vuran BMT tribunalına çəkilsin”


Təyyarə qəzasl üzrə hazırlamış hesabatdan illüstrasiya

Təyyarə qəzasl üzrə hazırlamış hesabatdan illüstrasiya

Ötən il Ukrayna səmasında Malayziya təyyarəsinin vurulmasını araşdıran beş ölkə BMT-nin yaratdığı beynəlxalq tribunalı cinayətkarları məsuliyyətə cəlb etməyə çağırır

-

Ötən il Ukrayna səmasında Malayziya təyyarəsinin vurulmasını araşdıran beş ölkə BMT-nin yaratdığı beynəlxalq tribunalı cinayətkarları məsuliyyətə cəlb etməyə çağırır. “Ümid edirik iyulda BMT-nin Təhlükəsizlik Şurasında qətnamə layihəsini müzakirəyə çıxara biləcəyik,” Malayziyanın BMT-dəki səfiri Ramlan Bin Ibrahim iyunun 25-də deyib. “Ancaq yaxşıya ümid edə bilərik”.

İdeyanı ilk dəfə Malayziya və Niderland səsləndirib. Malayziya təyyarəsində həlak olan 298 sərnişinin çoxu Niderlanddan idi. Daha sonra Avstraliya, Ukrayna və Belçika bu ideyanı dəstəkləyib.

Təhqiqatı aparan hollandiyalı müstəntiqlər getdikcə daha çox bu qənaət üzərində dayanıblar ki, təyyarə rusiyapərəst qüvvələrin nəzarətində olan ərazilərdən Buk raketilə vurulub. Müstəntiqlər raketin insidentdən az əvvəl Rusiya ərazisindən gətirildiyini düşünürlər. Bu da faciəyə görə Rusiya vətəndaşlarının adlarının çəkilə biləcəyi ehtimalını gücləndirir.

İşi BMT məhkəməsi apararsa, qurbanları təmsil edən ölkələr Rusiyaya əməkdaşlıq üçün təzyiq göstərə bilər. Kreml bu yaxınlarda tribunalın təklifinə şərh verməkdən imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG