Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası ilk dəfə 1918-ci il iyunun 26-da Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul edib. Bunun ardınca orduya çağırış haqqında fərman verilib

-

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 97 il keçir.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası ilk dəfə 1918-ci il iyunun 26-da Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul edib. Bunun ardınca orduya çağırış haqqında fərman verilib. Beləliklə, Azərbaycanda ilk əlahiddə korpus yaradılıb.

Müstəqillik əldə edildikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb. Həmin il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib.

Keçmiş prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən isə, 26 iyun – Silahlı Qüvvələr Günü elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG