Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 18:18

"Prezident işimizi bəyəndi. Pulumuzu niyə vermirlər?"


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

Biz kimə deyək dərdimizi? Hamısı rayonlardan gələnlərdi.

Burada qaldıqları evin kirayə pullarını ödəyə bilmirlər deyə, artıq bir neçə gündür parklarda gecələyirlər.

Bakının Bayıl qəsəbəsində təmir və abadlıq işləri aparan 500-dən çox fəhlə bir neçə aydır yığışıb qalan maaşlarını ala bilmirlər.

Bu haqda AzadlıqRadiosuna həmin fəhlələrin briqadirləri məlumat veriblər.

Gözlə

No media source currently available

0:00 0:04:36 0:00
Direct-ə keçid

Briqadirlər deyirlər ki, Avropa Oyunları ərəfəsində “Azimport” MMC şəhərin gözəlləşdirilməsi məqsədi ilə onlara iş təklif edib. Şikayətçilər bildirirlər ki, sifarişi vaxtından əvvəl yerinə yetirsələr də, iki aydır gördükləri işin pulunu ala bilmirlər. Briqadirlər deyirlər ki, onların şirkətdən alacaqları məbləğ 500 min manata yaxındır.

Onların sözlərinə görə, podratçı olan “Azimport” MMC-nin sifarişçisi SOCAR şirkətidir.

“PREZİDENT İŞİMİZİ BƏYƏNDİ. PULUMZU NİYƏ VERMİRLƏR?

Tovuz rayonundan olan briqadir Ədalər Quliyev deyir ki, onun briqadasında 30 fəhlə çalışıb. Briqadanın alacağı pul isə 15 min manatdan artıqdır:

Avropa Oyunlarının açılışı
Avropa Oyunlarının açılışı

“4 ay öncə işə başlamışıq, iki aydır ki maaşımızı ala bilmirik. Hərdənbir avans şəklində az-az pul veriblər. Fəhlələrin hamısının banklara borcları var. Bank gözləmir ki, şirkət nə zaman pulu verəcək, sən də aparıb ödəyəcəksən.

SOCAR deyir mən pulu köçürmüşəm, şirkət isə deyir, yalandı, bizə pul ödənməyib. Bunların hansına inanaq? Olimpiya Oyunları ilə bağlı biz Bayılda divarları ağartmışıq, evlərin damını qırmızı rəngə boyamışıq. Prezident və xanımı Mehriban Əliyeva gəlib baxıblar, bəyəniblər. Pulumuzu niyə vermirlər? Fəhlələrin qarşısını ala bilmirik. Rayonda evdə xəstəsi olan var, çörəkpuluna möhtac olanlar var.

Biz kimə deyək dərdimizi? Hamısı rayonlardan gələnlərdi. Burada qaldıqları evin kirayə pullarını ödəyə bilmirlər deyə, artıq bir neçə gündür parklarda gecələyirlər. Mən gedib dükanlara zamin durmuşam ki, onlara ərzaq versinlər. İki aydır işsiz qalmışıq. Briqada var ki, 150 min manat almalıdır. Biz abadlaşdırma elədik ki, xaricdən qonaqlar gələcək, qoy yaxşı görünsün. Bunlar da bizi aldadır”.

“BU QARA FƏHLƏDƏN NƏ İSTƏYİRSİZ AXI?”

Parkda gecələdiyini deyən Fərid adlı fəhlə Meydan TV-yə bildirib ki, ailə üzvlərindən utandığından pulsuz rayona qayıda bilmir:

“Gör nə vəziyyətə düşmüşəm ki, ailəmin, uşağımın üzünə çıxa bilmirəm. Yaşlı atamdan utanıram. Hər gün bank işçiləri evi kəsdirirlər. Bu yaşımda mənə lazımdı ki, gəlim parkda, oturacaqda yatım?"

Mahir adlı digər şikayətçi isə deyir ki, çörək almağa pulu olmadığından bir neçə gündür ki, parkda acqarına gecələyir:

“Mənim uşaqlarım evdə yavan çörəksiz qalıblar. Borcumuz var deyə, işıqlarımızı da kəsiblər. Övladlarım Olimpiya Oyunlarını heç, televizordan da izləyə bilmirlər. Düzəltmişik, xaricilər gəlib çəkib göstərirlər. Biz də istəyirik ölkəmiz dünyada tanınsın.

Biz hamımız açıq. Ac-acına necə tanıyacaqlar bizi? Öz ölkəmizdə özümüzü boğurlar. Başımızdan basırlar, acından öldürürlər bizi. Polis gəlir, qara fəhləni döyür, rəhbərlikdəkilər qara fəhlənin pulunu yeyir. Bu fəhlədən nə istəyirsiz axı? Balalarımız acından qırılır, özümüz küçələrdə yatırıq. Dərdimizə əlac edən yoxdu. Ayaq üstə durmağa taqətim yoxdur”.

SOCAR Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirir ki, “Azimport” MMC abadlaşdırma ilə bağlı işi tenderdə udub. Onun sözlərinə görə, şirkət vaxtlı-vaxtında MMC-yə pul ödəyib:

“Bu kontekstdə SOCAR-ın adının keçməsi düzgün deyil. Ona görə ki, 4 ay müddətində “Azimport” MMC-yə ödənişlər olub. Onlar öz fəhlələrinin pulunu vermirlərsə, burada bizim günahımız yoxdur”

Məsələ ilə bağlı “Azimport” MMC-nin mövqeyini öyrənmək mümkün olmayıb. AzadlıqRadiosu reportajda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG