Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:47

Azərbaycanın 15-ci qızıl medalı


Teymur Məmmədov (sağda) və Valentino Manfredonia

Teymur Məmmədov (sağda) və Valentino Manfredonia

İyunun 25-də I Avropa Oyunlarındakı boks yarışlarında Azərbaycanı təmsil edən Teymur Məmmədov finalda italiyalı Valentino Manfredonianı 3-0 hesabı ilə məğlub edib. 81 kiloqramda çıxış edən Avropa çempionu və Olimpiya üçüncüsü Teymur Məmmədov bununla qızıl medala sahib olub.

Bu, Azərbaycanın I Avropa Oyunlarında 15-ci qızıl medalı olub.

60 kiloqramda cüdo yarışında isə Azərbaycan təmsilçisi Orxan Səfərov qızıl medalı əldən verib. O, finalda rusiyalı Beslan Mudranovla qüvvəsini sınayıb. Orxan Səfərov qarşılaşmanın başa çatmasına 17 saniyə qalmış fənd işlətmək istəyərkən, ippona düşüb və gümüş medalla kifayətlənib.

Yada salaq ki, Azərbaycan idmançıları Avropa Oyunlarında indiyə kimi 44 medal qazanıblar.15 qızıl,12 gümüş və 17 bürünc...

Günün bütün mövzuları

XS
SM
MD
LG