Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:49

Səhiyyə işçilərinə cərimələrdən də pul çatacaq


-

Hökumət Səhiyyə Nazirliyinin topladığı cərimə pullarından necə istifadə edilməsi qaydalarını təsdiqləyib.

Qaydalara görə, səhiyyə sahəsində İnzibati Xətalar Məcəlləsini pozanlardan toplanan cərimələrin 25 faizi nazirliyin hesabına köçürülməlidir.

Həmin puldan kimlərin maaşına əlavələr ediləcək:

İnzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə Nazirliyinin işçiləri, bu tip işlər üzrə icraatı aparan SN-in aparatının şöbə müdirləri, onların müavinləri, sektor müdirləri, baş və böyük məsləhətçiləri, sanitar-epidemioloji nəzarət xidmətinin işçiləri, eləcə də inzibati xəta haqqında protokol tərtib edən işçilər və icraatın aparılmasında iştirak edən digər işçilər.

Məcəlləyə əsasən, zöhrəvi xəstəliklərə yoluxmuş şəxslərin müalicədən boyun qaçırmağa görə (maddə38-3) 100 manatdan 150 manatadək,zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna (İİÇV) yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun qaçırmasına görə (maddə 38-4) 80 manatdan 120 manatadək,zöhrəvi xəstəliklərə yoluxma mənbəyinin gizlədilməsinə görə (maddə 38-5.1)100 manatdan 200 manatadək və İİÇV-ə yoluxma mənbəyinin vəvirusa yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə gizlədilməsinə görə isə (maddə 38-5.2)200 manatdan 400 manatadək miqdarda cərimə edilir. Xətalara görə cərimələrin siyahısı heç də qısa deyil.

Ən ağır inzibati cəza tənbehi isə qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılmasına görə müəyyən edilib. Belə ki,tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 000 manatdan 7000 manatadək, hüquqi şəxslər 10 000 manatdan 15 000 manatadək miqdarda cərimə edilir.

Ümumiyyətlə isə ehtimal etmək olar ki, söhbət heç də maaşlara böyük məbləğdə əlavədən gedə bilməz.

Azərbaycanda dövlət sektorunda çalışan səhiyyə işçilərinin vəzifə (tarif) maaşları 130 manatdan başlayır. 2013-cü ilin nəticəsinə görə, bu sektorda işləyənlərin orta aylıq əəmk haqqı 181,6 manat olub. Bu, ölkə üzrə orta aylıq əmək haqqının 40%-ni təşkil edib. Səhiyyə və sosial xidmətlər sektorunda çalışanların sayı isə heç də az deyil. 2014-cü ilən əvvəlinə burada 171 min nəfərdən çox işçi çalışıb.

XS
SM
MD
LG