Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:23

«Azadlıq» çapını dayandıra bilər


Rahim Hacıyev
Rahim Hacıyev

-

«Azadlıq» qəzeti çapını dayandıra bilər.

Qəzetin redaktoru Rahim Hacıyev deyir ki, «Qasid» firması satılan qəzetlərin pulunu ödəmədiyindən, metroda, ardınca da səyyar satışların qadağan edilməsi qəzeti ciddi maliyyə problemləri ilə üzləşdirib:

«Fevraldan bəri əməkdaşlarımız maaş almırlar. Qəzetin xeyli borcları yaranıb. Ona görə biz oxuculara üz tuturuq ki, abunələrin sayını artırsınlar və qəzetə öz dəstəklərini versinlər».

«Azadlıq» qəzeti «Qasid» yayım firmasını onlara 69 min manat borcunu ödəməməkdə ittiham edir.

Qəzetin əməkdaşları dəfələrlə «Qasid» firmasının qarşısında etiraz aksiyası keçirib.

XS
SM
MD
LG