Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:00

Pakistanda istidən ölənlərin sayı 100 nəfəri ötüb.

Rəsmilərin məlumatına görə təkcə Karaçi şəhərində 950-dən çox adam ölüb.

Həmçinin digər vilayətlərdə 50-dən çox adamın öldüyü xəbər verilir.

Ramazan ayının başlanğıcından bu yana regionda güclü istilər düşüb.

Ötən istirahət günlərində Karaçidə 45 dərəcə isti olub.

Adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə, günvurmadan 40 mindən çox adam xəstələnib və onların 8000-dən çoxu xəstəxanaya düşüb.

İyunun 25-də Karaçidə isti 37 dərəcəyə düşüb.

Hökumət şəhərdə 100 tibbi mərkəz yaradıb.

Ölkənin nüfuzli dini xadimi iyunun 24-də bəyan edib ki, xəstə və zəifləmiş insanlar oruc tutmaya bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG