Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:20

Bakıda elektromobillər üçün ilk «zapravka» [Fotolar]


Bakıda enerjidoldurma məntəqəsi
Bakıda enerjidoldurma məntəqəsi

-

Heydər Əliyev Mərkəzinin yaxınlığındakı avtomobil dayanacağında elektriklə işləyən avtomobillər üçün iki enerjidoldurma məntəqəsi quraşdırılıb. Enerjidoldurma aparatları xüsusi proqram təminatı ilə idarə olunur.

Bakıda elektromobillər üçün ilk «zapravka» [Fotolar]
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00
Direct-ə keçid

Adından göründüyü kimi, burada ancaq elektriklə işləyən maşınlar enerji yığacaq. Ancaq hələ ki, bu məntəqələrin müştəriləri yoxdur. Bakıdakı avtomobillər ya benzinlə, ya dizel yanacağı ilə işləyir. Elektrik enerjisi ilə işləyən tramvay-trolleybus isə şəhərin küçələrindən çoxdan yoxa çıxıb.

Ancaq layihə təşkilatçıları – «GreenCar MMC», «Azərişıq» ASC və IDEA İctimai Birliyi şəhərdə elektriklə işləyən nəqliyyat vasitələrinin sayının artacağına ümid edir.

«Tesla Model S»
«Tesla Model S»

QİYMƏTİ 101 MİN DOLLARDAN BAŞLANIR

«GreenCar» alıcılara fərqli qiymətə fərqli markalardan olan elektromobillər təqdim etməyi planlaşdırılır. Bakıya elektromobillərlə yanaşı, elektriklə işləyən motosikletlərin, velosipedlərin və s. nəqliyyat vasitələrinin gətirilməsi nəzərdə tutulur.

İndiliksə mərkəz «Tesla Model S» avtomobilini satır. «Tesla» ABŞ istehsalıdır, qiyməti komplektasiyasından asılı olaraq 101200-137080 dollar arasında dəyişir.

ELEKTROMOBİLLƏRİN HANSI ÜSTÜNLÜKLƏRİ VAR?

Mütəxəssislər bildirir ki, elektromobilin ən böyük üstünlüyü yanacaqdan istifadə etməməsidir.

Telman Zeynalov
Telman Zeynalov

Ekoloq Telman Zeynalovun fikrincə, elektriklə işləyən nəqliyyat həddindən artıq çirklənmiş paytaxtın dərdinə, az da olsa, dərman ola bilər:

«Sovet dövründə enerji ilə trolleybuslar işləyirdi. Biz ona qayıdırıqsa, atmosfer az çirklənəcək. Hava təmizlənəcək, nəmişlik bir az artacaq ki, bitkilər və insanlar üçün hava təmizlənəcək. Sovet dövründə səhər tezdən ulduzları görürdük, indi gecə də göydə ulduz görünmür. Bu havanın hislə, çirkabla, tozanaqla doldurulmasının nəticəsidir».

Ekoloq deyir ki, bu layihələrlə yanaşı, şəhərdə daha çox yaşıllıqları artırmaq lazımdır.

Enerjidoldurma məntəqəsi.
Enerjidoldurma məntəqəsi.

HƏM DƏ TƏHLÜKƏSİZ

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov elektromobillərin başqa üstünlüklərini sadalayır: Konstruksiyası sadədir, mühərriki demək olar ki, səs çıxarmır. Ən böyük üstünlüklərindən biri isə təhlükəsizliyi, qəza zamanı yanma və ya partlama ehtimalının sıfıra bərabər olmasıdır. Elektromobillər maşın sahiblərinin xərclərini azaltmaq baxımından da sərfəlidir:

«Üstünlüklərdən biri ekoloji cəhətdən təmizliyidir. İstifadə edənin cibinə uyğun olacaq. İstifadə etdiyi enerjinin qiyməti digər yanacaqların qiymətindən aşağıdır. Yol qətetmə qabiliyyəti yanacaqlardan da üstündür. Təhlükəsizlik baxımından da sərfəlidir. Çünki müəyyən sürət həddi var. Saatda 140 km-dir, ondan artıq sürət həddi götürə bilmir».

Mütəxəssis deyir ki, bu cür maşınların istehsalı artdıqca, qiymətləri də enəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG