Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

NATO Ukraynaya əlavə dəstək göstərəcək


Stepan Poltorak və Jens Stoltenberg

Stepan Poltorak və Jens Stoltenberg

NATO minaların zərərsizləşdirilməsi də daxil olmaqla Ukraynaya əlavə dəstək göstərəcək.

Bunu təşkilatın baş katibi Jens Stoltenberg iyunun 25-də NATO-Ukrayna şurasının Brüsseldə keçirilən iclasında deyib.

O bildirib ki, NATO minaların zərərsizləşdirilməsi və kustar partlayıcı qurğuların məhv edilməsi üçün yeni fond yaradır.

Stoltenberg həmçinin qeyd edib ki, NATO regionun hava məkanını daha yaxşı qorumaq üçün tədbirlər görür.

O həmçinin Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçılara dəstəyi dayandırmağa çağırıb və qeyd edib ki, Rusiya hələ də separatçıları canlı qüvvə və hərbi avadanlıqlarla təhciz edir.

Bu ilin fevralında Minskdə atəşkəs sazişi imzalanmasına baxmayaraq vaxtaşırı Ukraynanın şərqində silahlı toqquşmalar və döyüşlər müşahidə olunur.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG