Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:49

Yunanıstan kreditorlarla razılaşa bilmədi


Alexis Tsipras və Jean-Claude Juncker

Alexis Tsipras və Jean-Claude Juncker

İyunun 25-də Brüsseldə Yunanıstanın baş naziri Alexis Tsiprasla beynəlxalq kreditorlar arasında aparılan danışıqlar nəticə verməyib.

Danışıqlarda məqsəd Yunanıstanın borc böhranı ilə bağlı razılıq əldə etməkdir.

Yunanıstan iyunun 30-dək Beynəlxalq Valyuta Fonduna olan 1,5 milyard dollarlıq kredit borcunu ödəməlidir.

Əks halda ölkə defoltla nəticələnə və bu Afinanın avrozona və Avropa Birliyində qalmasını sual altında qoya bilər.

Yunanıstan hökuməti iyunun 24-də pensiya təzminatlarının artırılması da daxil olmaqla islahatlarla bağlı bir sıra təkliflərini geri götürüb.

Kreditorlar borcu ödəmədiyinə görə Yunanıstana ayrılmış 7,2milyard dollarlıq növbəti kreditin verilməsini dayandırıb.

Yunanıstan beynəlxalq kredit əvəzində ölkədə kəskin islahatlar aparmalıdır.

Yeni Yunanıstan hökuməti isə bu şərtlərin yumşaldılmasını təkid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG