Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:12

Yerevanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyası davam edir.

Aksiyaçılar 3 gündür ki, gücəni şəhərin mərkəzi meydanında keçirirlər.

İyunun 25-ə keçən gecə də deputatlar, artistlər və ziyalılar aksiyaçılarla polis arasında canlı sədd qurublar.

Dünən axşam meydanda bir neçə min adam olub.

Onlar bir daha bəyan ediblər ki, tariflərin qaldırılması ilə bağlı qərar dəyişdirilməsə aksiya davam edəcək.

Hökumətin qərarına əsasən avqustun 1-dən ölkədə elektrik haqqı 16 faiz bahalaşır.

Məlumatlara görə prezident Serz Sarkisian iyunun 24-də güzəştə gedib və qərara yenidən baxılmasını göstəriş verib.

Amma bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Başqa bir məlumata görə isə polis rəisi Vladimir Gasparyan aksiyanın güc yolu ilə dağıdılmayacağını vəd edib.

Çərşənbə axşamı polis aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə eləmişdi.

Aksiya dağıdılsa da həmin gün axşamdan yenidən bərpa edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG