Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:50

Bakı metrosunda iş saatları dəyişəcək


Bakı metrosu
Bakı metrosu

-

«Bakı 2015» I Avropa Oyunlarının bağlanış mərasimindən sonra Bakı Metropolitenində iş saatları əvvəlki qrafiklə əvəzlənəcək.

Bu haqda report.az-a «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O deyib ki, iyunun 12-dən metro saat 06:00-dan 01:00-a qədər işləyir: «Lakin Oyunlar bitəndən sonra metro yenidən gecə 00:00-dək işləyəcək».

Sərnişinlərin çoxluğu nəzərə alınaraq metro xidməti gecə saatlarına qədər uzadılıb. Avropa Oyunlarının açılış günü və ehtimal ki, bağlanış günü də metro qatarları səhərə qədər xidmət göstərəcək. Belə ki, stadiona yaxın olan «Koroğlu» stansiyasına sərnişin axını olur.

Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar şəhərdaxili avtobuslar da saat 05:00-dan 01:00-dək işləyir.

XS
SM
MD
LG