Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:14

Məhkəmə barışmaq üçün tərəflərə vaxt verdi


Proses noyabrın 24-də davam etdiriləcək

Proses noyabrın 24-də davam etdiriləcək

Noyabrın 14-də 1 saylı İqtisad məhkəməsində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetinə qarşı qaldırdığı iddiaya baxılıb. Məhkəmənin gedişində cavabdeh tərəf qarşılıqlı iddia qaldırdı ki, məhkəmə Dövlət Komitəsinin üzərinə «Azadlıq» qəzeti ilə icarə müqaviləsi imzalamaq öhdəliyi qoysun. Bu iddia icraata götürüldü.


Sonra məhkəmə hər iki tərəfə barışmaq məqsədi ilə müraciət etdi. «Azadlıq» qəzetinin nümayəndələri barışmağa hazır olduqlarını bildirdilər. Dövlət Komitəsinin nümayəndəsi isə barışıq qərarı barədə düşünəcəklərini bildirdi. Komitəni məhkəmədə təmsil edən rəsmi nümayəndə Namiq İbrahimov «Azadlıq» radiosuna bildirib ki, barışıq müqaviləsi imzalamaq onun səlahiyyəti daxilində deyil. Bu məsələ ilə bağlı rəhbərliyə məlumat verəcək və bundan sonra konkret qərara gələcəklər.


Məhkəmə barışmaq üçün tərəflərə vaxt verdi. Proses noyabrın 24-də davam etdiriləcək.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinin redaksiyanın yerləşdiyi «Xaqani-33» ünvanındakı binanın boşaldılaraq bu quruma verilməsi barədə 1 Saylı İqtisad Məhkəməsində iddia qaldırıb. İddiaçı məhkəmədən binanın «Azadlıq» qəzetinin redaksiyasına verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş edir. İddia ərizəsinə görə, qəzet binadan dövlət büdcəsinə icarə haqqı ödəmədən istifadə edib. Bu barədə isə nəşrə 2006-cı ildə iki dəfə xəbərdarlıq edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG