Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:24

-

İyunun 25-də I Avropa Oyunlarında Azərbaycanın daha bir boksçusu gümüş medal alıb.

54 kiloqramda qadınlar arasında keçirilən yarımfinal oyununda Azərbaycan yığmasının liderlərindən Anna Əlimərdanova Rusiya idmançısı Elena Saveleva ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb – 3:0 (40:36; 39:37; 40:36).

Nəticədə Əlimərdanova yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Bu, Azərbaycanın boks komandasının 2-ci, yığmanın 41-ci mükafatı olub.

Azərbaycanın daha bir boksçusu da demək olar ki, finala yüksəlmək şansını əldən verdiyindən bürünc mükafatla kifayətlənməli olacaq. 91 kiloqramda çıxış edən və yarımfinala vəsiqə qazanan Məhəmmədrəsul Məcidov zədəli olduğundan oyunlardan kənarda qalıb. Lakin o, yarımfinala vəsiqə aldığından avtomatik olaraq bürünc medal qazanıb. Axşam saatlarında bu mükafatın da elan ediləcəyi gözlənilir.

52 kiloqramda çıxış edən Elvin Məmişzadə isə final yolunda son görüşündə də inamlı qələbə qazanıb. O almaniyalı Hamza Touba-ya qalib gələrək, 3:0 (29:28; 29:28; 28) finala vəsiqə qazanan Azərbaycanın ikinci boksçusu olub.

İyunun 24-də Azərbaycanın bir boksçusu finala vəsiqə qazanmışdı.

XS
SM
MD
LG