Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:54

-

«Bakı Olimpiya Oyunlarını keçirmək imkanlarına da sahibdir».

Bunu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrick Hickey «France-Presse» agentliyinə müsahibəsində bildirib.

Pat Hickey deyir ki, Azərbaycan iki dəfə Olimpiya Oyunlarına iddia etsə də, buna nail olmayıb, amma ölkə böyük tədbirlərlə infrastruktur və təcrübə qazanıb.

Onun fikrincə, Avropa Oyunlarından sonra Azərbaycanın dünya tədbirlərini keçirə biləcək mütəxəssisləri olacaq: «Olimpiya Oyunları keçirmək üçün bunlar əla şərait deməkdir».

Müsahibəsində Pat Hickey deyib ki, onlar «Amnesty International», Avropa Birliyi kimi qurumların yetkililəri ilə görüşüb və onları dinləyiblər: «Biz bacardığımız hər şeyi etdik. Biz hakimiyyətə deyə bilmərik ki, nə etməlisiniz».

Avropa Oyunları ərəfəsində və sonra da dünya ictimaiyyətinin diqqəti Azərbaycanda insan haqları, demokratiyanın vəziyyətinə yönəlib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG