Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:06

Könüllülər kef edəcək


Avropa Oyunları könüllüləri
Avropa Oyunları könüllüləri

-

"5 sual oyrenin, fso"

Avropa Oyunlarında könüllülük edən tələbələrə söz verilib ki, onları yay semestr imtahanlarından azad edəcəklər.

Bu haqda adının çəkilməsini istəməyən könüllülər AzadlıqRadiosuna bildiriblər.

«Baku 2015 volunteers girls» Facebook qrupunda tələbə qızların yazışmalarından da görünür ki, tələbələrə imtahanlarda güzəşt olacaq.

Tələbələrdən sitatlar: (orfoqrafiya saxlanılıb)

«Bu gun zamdekanla danusdim Sep fakultesi dediki elaçi elaçi zerbeci zerbeci olacaq siz her imtahannan 5sual oyrenin fso».

«Biz Nicat mllmle danişmişiq dedi hec bir problem ypxdu esas vereqi boş.qoymuyun fso».

«Qorxmuyun..onlar sadece qorxudurlar.Bizim fakultede muellimler de deyir ki,narahat olmuyun.kef eliyin».

Tələbələrin yazışmalarından belə anlaşılır ki, könüllülər qeydiyyatdan keçiblər və dekanlıq siyahıya əsasən imtahanlarda güzəşt tətbiq edəcək.

Yazışmalarda daha çox Bakı Dövlət Universitetinin adı çəkilir.

Tələbə qızlardan biri həmin qrupda yazır:

«…. harda oxumusan? Ola bilmez elə şey Ürəyini buz kimi saxla! Abel müellim bütün könüllüleri bir yerı yıgmışdı özü öz adıyla dediki güzəşt olacaq boş danışılan söhbetlərə fikir vermə!».

Avropa Oyunlarına 12 min nəfərədək könüllü cəlb olunub. AzadlıqRadiosu Bakı Dövlət Universiteti və Təhsil Nazirliyi ilə danışmağa cəhd edib, alınmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG