Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:26

-

Ölkədə havanın temperaturunun yüksəlməsi ilə əlaqədar hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanıb.

Müdafiə Nazirliyindən apa-ya bildirilib ki, şəxsi heyəti istilik və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri müəyyən edilmiş saatlarda keçirilir.

Hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmurlar.

Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb. Şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG