Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Hər il 15 iyun-15 iyul arası - bir ay müddətində Türkiyədə - Ardahandakı Qaradağın yamaclarında təbiət möcüzə yaradır- Atatürkün silueti meydana gəlir.

Bu il havalar buludlu olub, görüntü 5 gün gecikib. Dağın ətəyində bir yerli çoban deyir ki, "Buludsuz havada onlarla insan bu silueti izləmək üçün bura gəlir. Hər kəs bu möcüzəni görməlidir”.

İlk dəfə yamacda bu silueti 1954-cü ildə çoban Adıgözəl Qırmızıgül görüb. 1995-ci ildən bu yana hər il iyul ayında Damal şəhərində “Atatürkün izində və kölgəsində” şənlikləri təşkil olunur.

Şərhləri göstər

XS
SM
MD
LG