Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:08

-

Bu, jurnalın 14-cü sayıdır

“Yazı” ədəbiyyat dərgisinin 14-cü sayı işıq üzü görüb. “Sözümüzün yiyələri” rubrikası görkəmli yazıçı Sabir Əhmədlinin 85 illiyinə həsr olunub.

Burada Sabir Əhmədli haqqında qələm dostlarının və ardıcılları olan gənc yazıçıların, habelə, ziyalıların fikirləri, “Yasaq ədəbiyyatın yaradıcısı” adlı ayrıca esse və Sabir Əhmədlinin “Yazılmayan yazı” romanının davamı verilib.

“Bir kitab şeir”də Esmira Məhiqızının şeirləri yer alıb. “Nəsr” bölümündə Rövşən Yerfinin “Qazamat sanitarları” adlı uzun hekayəsinin əvvəli, Qan Turalı, Şəmil Sadıq, Rəşid Bərgüşadlı, Bəxtiyar Hidayət, Vahid Məhərrəmlinin hekayələri və Azad Qaradərəlinin “Şüşə ev” romanının əvvəli çap olunub.

“İlk addımlar”da Kamil İlqar, Oğuz Ayvaz, Xan Abdulla Gülşad Quliyeva, Ramil Mərzili, Nilufər Şıxlının, “Yaradıcılıq Emalatxanası” rubrikasında BSU Yaradıcılıq Fakültəsinin tələbələrindən Vəli Efe, Günay Həsənli, Aynur Sultanova, Çinarə Ömray, Şəhriyyə Qəzənfərqızı, Azər Rəşidoğlu, Vüsalə Süleymanın yazıları ilə tanış olmaq olar.

“Dramarurgiya” başlığında Sevinc Elsevərin “Həyat elə bir oyun ki...” mono-pyesi, “Güney sovqatı”nda təbrizli şairə Ruqiyyə Səfərinin şeirləri, “Avropadan yazırlar” bölməsində Vahid Qazinin “Əraf” hekayəsi və Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanından parça verilib.
Dərginin “Çevirmə” yerində Q.Q.Markes, L.Tolstoy, Fazil İskəndər, Özdəmir Asəf, M.C.Anday, C.Sürəyya, S.Yalkından çevirmələr dərc olunub.

“Zahir Əzəmət – 40” isə son illərin ən parlaq imzalarından olan şair və naşir Zahir əzəmətin 40 yaşına həsr olunub və habelə burada şairin maraqlı şeirləri də yer alıb. “Esseistika” bölümündə Niyazi Mehdinin iri həcmli essesinin sonu, “Uşaq guşəsi”ndə məktəbli yazar Nigar Mübarizqızının “O, qarı sevmirdi” hekayəsi verilib.
“Palitra” Məmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rəis Rəsulzadənin yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.
Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.
Dərginin yeni sayını rayonlarda “Azərmətbuatyayım” köşklərindən, Bakıda isə Kitabevim.az kitab mağazasından əldə etmək mümkündür.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG