Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:56

Suriyanın bir neçə şəhərində atışma gedir


Suriyada Kürd YPG yaraqlıları

Suriyada Kürd YPG yaraqlıları

-

Ötən gecə İslam Dövləti (İD) yaraqlıları Suriyanın şimalşərqində Hasakeh şəhərinə daxil olub, ağır döyüşlər nəticəsində bir neçə məhəlləni hökumət qüvvələrindən geri alıb. Xəbəri Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı yayıb.

Qurumun məlumatına görə, döyüşlərdə rejimin azı 30 döyüşçüsü və 20 İD yaraqlısı həlak olub. Şəhərin bəzi hissələri kürd yaraqlılarının əlindədir.

Suriya ordusu məlumatı təkzib edib, hücumun dəf edildiyini bildirib.

Heç bir xəbəri müstəqil təsdiqlətmək mümkün olmayıb.

Kobani şəhərində Türkiyə sərhədinə yaxın yerdə isə bomba qoyulmuş maşın partladılıb.

Kürd yaraqlılarının rəsmisi də hücum nəticəsində şəhərdə ölən və yaralıların olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG