Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:28

Fransa Rusiyanın bank hesablarını dondurur


Sergei Magnitsky-nin fotosu olan döş nişanları

Sergei Magnitsky-nin fotosu olan döş nişanları

Fransa hakimiyyəti Rusiyaya məxsus milyonlarla avroluq bank hesablarını dondurub. Səbəb Rusiyada həbsxanada dünyasını dəyişmiş vəkil Sergei Magnitsky-nin üzə çıxardığı fırıldaq işilə bağlı aparılan təhqiqatdır

-

Fransa hakimiyyəti Rusiyaya məxsus milyonlarla avroluq bank hesablarını dondurub. Səbəb Rusiyada həbsxanada dünyasını dəyişmiş vəkil Sergei Magnitsky-nin üzə çıxardığı fırıldaq işilə bağlı aparılan təhqiqatdır. Fransa müstəntiqləri Rusiyadan nağd pulun çıxarılıb yuyulmasını araşdırır.

Təhqiqat ötən il başlanıb. Magnitsky-nin vaxtilə işlədiyi qurum - Hermitage Capital iddia qaldırıb. İnvestisiya Fondu iddia edir ki, pulların bir hissəsi Fransa və Luksemburq vasitəsilə yuyulub.

Magnitsky ümumilikdə 230 milyon dollarlıq fırıldaq mexanizmini üzə çıxarıb. Sonradan o, həbsxanada müəmmalı şəkildə dünyasını dəyişib.

XS
SM
MD
LG