Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:22

Kerry: İranla saziş olmaya bilər


John Kerry (solda) iranlı həmkarı Mohammad Javad Zarif ilə, arxiv fotosu

John Kerry (solda) iranlı həmkarı Mohammad Javad Zarif ilə, arxiv fotosu

Kerry xəbərdarlıq edib ki, Tehran mühüm məsələlərin həllindən imtina etsə, İranla heç bir saziş olmaya bilər

-

İyunun 24-də ABŞ Dövlət katibi John Kerry İranın ali dini liderinin bu həftə dediklərinə şərh verməyib. Ancaq Kerry xəbərdarlıq edib ki, Tehran mühüm məsələlərin həllindən imtina etsə, İranla heç bir saziş olmaya bilər. Altı dövlət İranın nüvə proqramı üzrə iyunun 30-dək saziş əldə etməyə çalışır. Ancaq Kerry deyib ki, İran Birləşmiş Ştatların və digər dövlətlərin istədiyi güzəştlərdən imtina etsə, saziş olmaya bilər.

“Ola bilsin, iranlılar Lozannada razılaşdırılmış tədbirlərə tam razılaşmasın, onda razılaşma da olmaya bilər”. Kerry Vaşinqtonda mətbuat konfransında danışıb. O, iyunun 26-da danışıqların sonuncu raundunda iştirak üçün Vyanaya yola düşəcək.

“İran nüvə proqramının tamamilə sülhpərvər olub-olmamasını dünyaya sübut edə biləcək, ya yox, bu, son günlərdə bilinəcək,” Kerry deyib.

İranın ali dini lideri Ayatollah Ali Khamenei bu həftə etdiyi çıxışında “qırmızı xətlər” çəkib. Khamenei İranın nüvə tədqiqatının uzun müddətə dondurulmasını rədd edib. Deyib ki, İran yalnız o halda sazişi imzalaya bilər ki, əvvəlcə beynəlxalq sanksiyalar qaldırılsın. Birləşmiş Ştatlar və müttəfiqləri bu tələbləri yerinə yetirməyə həvəsli deyil.

Kerry deyib ki, Khamenei-nin dedikləri “yerli siyasətə” hesablanıb. “Bu məsələ danışıqlarda müzakirə olunur. Yeni deyil,” Kerry deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG