Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:58

-

«İlk Avropa Oyunlarında akkreditasiyadan keçmiş əcnəbilər üçün AzAL biletlərinə 50 faiz endirim aksiyası Azərbaycanda turizmin inkişafı məqsədilə həyata keçirilir».

Bunu AzadlıqRadiosuna «Azərbaycan Hava Yolları» QSC (AzAL) prezidentinin ictimai əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

AzadlıqRadiosu AZAL-ın bir qədər əvvəl Avropa Oyunlarında akkreditasiyadan keçən əcnəbilərə 50 faizlik endirim aksiyasının səbəbi ilə maraqlanmışdı. Yerli vətəndaşlar üçün də belə bir kampaniyanın keçirilib-keçirilməməsini sual etmişdi. Çünki mətbuat və sosial şəbəkələrdə bu endirimin təkcə əcnəbilərə aid edilməsi diskriminasiya kimi qəbul edilmişdi.

Paşa Kəsəmənskinin göndərdiyi cavabda deyilir: «Azərbaycan vətəndaşlarına gəlincə isə, AzAL hər zaman güzəştli tariflər üzrə aksiyalar keçirir və bundan sonra da keçirmək niyyətindədir.

Hazırda aşağıdakı istiqamətlər üzrə aviabiletlərə endirim əldə etmək olar: Barselona, Lvov, Berlin, Paris, Roma, Milan, Praqa, Bişkek, Minsk, Tel-Əviv və Dubay - aprelin 16-dan iyulun 1-dək, Aktau iyunun 30-dək, Berlin - iyunun 11-dən avqustun 10-dək (gediş tarixləri 1 iyul-15 avqust), İstanbul - mayın 30-dan iyunun 30-dək (gediş tarixi iyulun 31-dək).

AzAL-ın təklif etdiyi qiymətlərin ölkə vətəndaşlarının cibinə uyğun olmadığı dəfələrlə yerli media və sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. Şirkət isə bunu daha yüksək səviyyəli xidmət göstərməsi ilə izah edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG