Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:49

Suriya hakimiyyəti iyunun 24-də İslam Dövləti yaraqlılarının qədim Palmira şəhəri yaxınlığında 2 məqbərəni dağıtmasını təsdiqləyib.

Dəməşq muzeylərinin rəhbəri Maamoun Abdulkarim iyunun 24-də bildirib ki, məqbərələrdən biri Məhəmməd peyğəmbərin əmisi oğlu imam ƏIlinin nəslindən olan Məhəmməd Bin Əliyə məxsusdur.

O bu məqbərənin Palmiranın şimalında olduğunu deyir.

Onun sözlərinə görə ikinci məqbərə isə 500 il bundan əvvəl şəhərdə olmuş sufi alim Nizar Abu Bahaa Eddine aiddir.

İslam Dövləti yaraqlıları Palmira şəhərini ötən ay ələ keçiriblər.

Hazırda Suriya və İraqın bir sıra əyalətləri bu qrupun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG