Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:51

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov zədəyə görə Avropa Oyunlarında yarışı dayandırmalı olub.

91 kq çəki dərəcəsində mübarizə aparan boksçu yarımfinala çıxmaqla, ən azı bürünc medalı təmin edib.

Amma zədəyə görə yarımfinala qatıla bilməyəcək.

İkiqat dünya və Avropa çempionu, Olimpiadanın bürünc mükafatçısı Məcidov sabah rusiyalı Qasan Qimbatovla görüşməli idi.

Məşqçisi Nəriman Abdullayev zədənin ciddi olduğunu deyir.

Məcidov 1/4 finalda türkiyəli Əli Dəmirəzənlə görüşdə başından zədə alıb.

Bakı-2015-də yarımfinala 11 Azərbaycan boksçusu çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG