Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:24

Fransa ABŞ səfirini nazirliyə çağırıb


Jacques Chirac,Nicolas Sarkozy və Francois Hollande

Jacques Chirac,Nicolas Sarkozy və Francois Hollande

Fransa prezidenti Framcois Hollande ABŞ-ın Fransa prezidentlərini izləməsi bardə yayılmış məlumatlara görə, hökumətin təcili iclasını çağırıb.

Hökumətinin sözçüsü Stephane Le Foll görüşdən sonra bunun müttəfiqlərarası münasibətlərdə qəbuledilməz olduğunu bildirib.

Hökumətdəki mənbələrin məlumatına görə, Fransanın xarici işlər nazirliyi ABŞ-ın Parisdəki səfirini buna görə nazirliyə çağırıb.

WikiLeaks saytının iyunun 23-də yaydığı məlumatda ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) Fransa prezidentləri Jacques Chirac, Nicolas Sarkozy və Francois Hollandeni izlədiyi bildirilir.

Məlumat ilk dəfə Fransanın gündəlik Liberation qəzeti və Mediapart saytında yer alıb.

İddiaya görə ABŞ-ın Milli Təhlükəsialik Agentliyi 2006-2012-ci illər arası prezidentləri izləyib.

Sənəddə prezidentlərlə yanaşı bir çox nazirlərin telefon nömrələri də göstərilir.

Ağ ev məlumatı şərh etməkdən imtina edib və qeyd edib ki, təhlükəsizlik xidməti yalnız milli təhlükəsizliklə bağlı təstiqlənmiş hallarda bunu edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG