Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:03

Bakıdakı şokolad Ginnesin rekordlar kitabına düşə bilər


«Bakı 2015» şokolad tablosu
«Bakı 2015» şokolad tablosu

-

Muzey Mərkəzində məşhur şokolad ustası Nikolay Popovun müəllif sərgisində yer alan və birinci Avropa Oyunlarına həsr edilən şokolad tablosu «Ginnesin rekordlar kitabı»na düşə bilər.

Mədəniyyət və Turizm Nazirliyinin sərginin təşkilatçısı Andrey Leynə istinadla yaydığı xəbərə görə, təşkilatçılar dünyanın ən böyük şokolad tablosu haqda «Ginnesin rekordlar kitabı»na müraciət ediblər.

«Bakı 2015» şokolad tablosunun çəkisi 215 kiloqramdır.

Avropa Oyunları ərəfəsində- mayın 15-də açılan «Nikolya şokolad muzeyi» sərgisini indiyədək 15 min adam ziyarət edib.

Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilən şokolad sərgisi iyunun 28-dək davam edəcək.

Dünya turu çərçivəsində 40-dan çox şəhərdə göstərilən «Nikolya şokolad muzeyi»nin Bakı sərgisində 250-dən artıq şokolad məmulatı, şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər və kompozisiyalar təqdim edilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG