Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:01

Ermənistanlı fəallar Yerevanın mərkəzində ikinci gecə də toplaşıb, elektrikin qiymətinin qalxmasına etirazlarını bildiriblər. Bir gün öncə polis yürüşü zorakılıqla dağıtmışdı

-

Ermənistanlı fəallar Yerevanın mərkəzində ikinci gecə də toplaşıb, elektrikin qiymətinin qalxmasına etirazlarını bildiriblər. Bir gün öncə polis yürüşü zorakılıqla dağıtmışdı.

İyunun 23-də axşam Azadlıq Meydanına 7 minədək etirazçı toplaşıb. Onlar prezident sarayına doğru yürüş etmək istəyiblər. Ancaq Baghramyan prospektində polis onların qarşısını kəsib. Etirazçılar isə şəhər mərkəzində əsas yolu bağlayıb. Yüzlərlə fəal ötən gecə Baghramyan prospektini bağlayıb, polis dəstələrinin əhatəsində bu küçədə qalıb.

Etirazçılar hökumətin elektrikin qiymətinin qaldırılmasına dair qərarının ləğvini tələb edir. Elektrikin qiyməti 7 dram qalxıb və avqustun 16-dan qüvvəyə minəcək.

Ermənistan siyasi partiyaları Baghramian prospektinə deputatlarını göndərib. Onlar polislə etirazçılar arasında canlı sədd qurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG