Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:13

-

İyunun 24-də Şəkinin Daşüz kəndində 12 hektar biçilmiş taxıl sahəsi yanıb.
Yanğın saat 04:40-da söndürülüb.

Xaçmazın Üçgünqışlaq kəndində isə 32 kv.m talvar və altına yığılmış 3,6 ton ot bağlamasının 2 tonu, qonşunun 40 kv.m talvarı və altında yığılmış 4,5 ton ot bağlamasının 2,5 tonu yanıb. Yanğın saat 07:00-da söndürülüb.

Qəbələnin Tikanlı kəndində isə “T-40” markalı traktorun qoşqusuna yığılmış 1,5 ton ot bağlaması yanıb. Yanğın saat 22:53-də söndürülüb.

Xəbərləri Fövqəladə Hallar Nazirliyi yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG