Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:39

Wikileaks: ABŞ Fransa prezidentlərini güdüb


Francois Hollande ABŞ prezidenti Barack Obama ilə görüşdə, arxiv fotosu

Francois Hollande ABŞ prezidenti Barack Obama ilə görüşdə, arxiv fotosu

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) Fransa prezidentləri Jacques Chirac, Nicolas Sarkozy and Francois Hollande-ı izləyib. Bu barədə iyunun 23-də WikiLeaks məlumat yayıb

-

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) Fransa prezidentləri Jacques Chirac, Nicolas Sarkozy and Francois Hollande-ı izləyib. Bu barədə iyunun 23-də WikiLeaks məlumat yayıb.

Məlumat ilk dəfə Fransanın gündəlik Liberation qəzetində və Mediapart xəbər saytında yer alıb. İddiaya görə NSA azı 2006-cı ildən 2012-ci ilin mayınadək prezidentləri izləyib. 2012-ci ilin mayında Hollande prezident postunda Sarkozy-nu əvəzləyib.

NSA-nın Hollande, Sarkozy və Chirac, eləcə də Fransa nazirləri və Fransanın ABŞ-dakı səfirinin kommunikasiyasını izlədiyi bildirilir.

WikiLeaks-in əldə etdiyi sənədlərdə Elysee sarayının xeyli sayda məmurunun mobil telefon nömrələri, prezidentin birbaşa mobil nömrəsi də var.

Fransa hökumət rəsmilərinin qlobal maliyyə böhranı, Yunanıstanın borcu, Hollande hökuməti ilə kansler Angeal Merkel hökumətinin münasibətinə dair söhbətlərin icmalı da sənədlərdə yer alıb.

Köməkçisi deyib ki, Hollande iyunun 24-də müdafiə şurasının iclasını keçirəcək və Wikileaks-in yazdıqlarını müzakirə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG