Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:01

Pakistanda istilərdən təxminən 700 nəfər ölüb.

Baş nazir Nawaz Sharif təcili tədbirlər görülməsini göstəriş verib.

Göstərişə əsasən ölkənin cənubundakı Sind əyalətində günvurmaya qarşı müalicə mərkəzləri yaradılacaq.

Ölənlərin əksəriyyəti 20 milyon sakini olan Karaçi şəhərində qeydə alınıb.

Son günlər şəhərdə 45 dərəcə istilər müşahidə olunur.

Şəhərə elektrik enerjisinin fasilələrlə verilməsi əhalinin su ilə təminatını əngəlləyib və bu vəziyyəti daha da çətinləşdirib.

Bundan bir ay əvvəl qonşu Hindistanda da istilərdən 2000-dən çox adam ölüb.

Bu Hindistanın tarixində ikinci belə böyük təbii fəlakət hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG