Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Qərb ölkələrində proletar poeziyası


-

"İngiltərədə güclü sol mövqeli poeziyanın bir neçə ocağı var."

"Şeirin əvvəlində onun nə haqda olduğunu adi cümlələrlə yazmaq üsulu insanların həmin şeirlə əlaqə qurmasına kömək edə bilər."

"Amerikada və Britaniyada siyasi şairlər səhifə üzərində çap olunmaqdan çox perfomans üzərində fokuslanırlar."

İngiltərənin proletar şairi ilə müsahibə

Azərbaycan ədəbiyyatsevərlərində Qərb ölkələrinin ədəbi səhnəsi haqda təsəvvür yaratmaq üçün ən müxtəlif mövqeləri işıqlandırırıq. İngiltərənin Proletar Poeziyası yaradıcı qrupunun və ədəbiyyat səhifəsinin redaktoru Peter Raynard Oxu zalına müsahibə verib. Peter Raynard şair, dramaturq və redaktordur.

Peter Raynard
Peter Raynard

- Proletar Poeziyası işçi sinfindən olan insanların həyatını işıqlandıran şairlərin birliyidir və bu şairlər ən müxtəlif mövzularda yazırlar.

Dəmirçilərdən və kərpic tökənlərdən, qolu zəncirlilərdən, onların fəhlə babalarından, tarixi qəhrəmanlardan, həbsdə yatan şairlərdən, kapitalizmlə komunizmin ziddiyyətlərindən, məhrumiyyətlərdən, evsizlikdən, müarizədən, transgender inqilabından, poçtalyonlardan və sair, və ilaxır.

Adətən deyilməyən, məşhur olmayan mövzulardır bunlar. Biz almanaxlar çıxarırıq, tədbirlər keçiririk. "Proletar poeziyası" adı ABŞ-da 1920-ci illərdə məşhur olmuş şairlər nəslinin yaratdığı poeziyanın adından götürülüb.

İşçi sinfinin poeziyası üçün bu platformanı keçən sentyabrda başlamışam.

Mənim əsas işim oxucunun ona asan yol tapması üçün hər bir şeirin qısa xülasəsini yazmaqdır.

Fikrimcə, poeziyanın oxucusunun azaldığı indiki dövrdə bir şeirin nə haqda olduğunu əvvəlcə adi cümlələrlə yazmaq üsulu insanların həmn şeirlə əlaqə qurmasına kömək edə bilər.

- Siz hansısa siyasi qrupun əlavəsi, yoxsa müstəqilsiniz?

- Müstəqil. İngiltərədə “The Shuffle” adlı hər ayın son şənbə günü keçirilən poeziya tədbiri var. Hər bir tədbirin mövzusu və kuratoru başqa-başqa adamlar olur. Növbəti tədbirin kuratoru mənəm. Bu dəfə "The Shuffle" proletar şairlərinin yaradıcılığına həsr olunacaq. Çox vaxt bu şəkildə qonaq oluruq şeir tədbirlərinə.

- Bu gün keçən əsrdə Qərb ölkələrində olduğu kimi, güclü bir sosialist əhval-ruhiyyəsi varmı? Sizin kimi proletar poeziyasına həsr olunmuş xüsusi tribunalar çoxdurmu?

- Mənim Proletar Poeziyası layihəm “güclü sosialist əhval-ruhiyyəsindən” çox işçi sinfinin - siyasətdən tutmuş şəxsi həyatlarına qədər, bütün aspektlərinin portretini çəkməyə cəhddir.

Bununla biz işçi sinfi üçün mediada cızılan neqativ portreti balanslaşdırmağa çalışırıq.

İngiltərədə bizdən güclü sol mövqeli poeziyanın bir neçə ocağı var. Onlardan biri “Morning Star”-ın poeziya səhifəsidir, “Well Versed” adlanır İkinci belə sol meylli poeziya köşkü Stand Up, üçüncüsü, New Boots sayıla bilər. "Spit", "Pantisocracies" kimi qruplar da var.

Mənim öz şeirlərim South Bank Poetry, the Morning Star, Happenstance, CALM Magazine, New Left Project, the Stare’s Nest, Nutshells, Nuggets-də dərc olunub. Onların hamısı proletar poeziyası çap edən mətbuatdır.

- Onlar niyə ixtisaslaşırlar, dediyiniz mövzularda yazan şairlərin öz şeirlərini “Granta”, “Guernica”, “Poetry Review” kimi böyük ədəbiyyat dərgilərində nəşr etdirmək yolunda qeyri-rəsmi məhdudiyyət var?

- Deməzdim ki, həmin jurnallarda çap olunmaq üçün xüsusi maneə var. Amerikalı Philip Levine, İNgiltərədən Jonathan Edwards, yaxud Fran Lock kimi böyük şairlər “Poetry Review”-da çap olunurlar, məsələn.

Amerikada və Britaniyada siyasi şairlər səhifə üzərində çap olunmaqdan çox perfomans üzərində fokuslanırlar.

İngiltərədə və ABŞ-da olduqca canlı “Danışılan söz” səhnələri var. Kate Tempest, Joelle Taylor, George the Poet, Anthony Anaxagorou, Hollie MacNiesh kimi böyük siyasi düşüncəli şairlərimiz çap olunmaqdan çox o səhnələrdə çıxış etməyə üstünlük verirlər, xalq da buna üstünlük verir. Amma onlar həm də çap olunurlar.

XS
SM
MD
LG