Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:11

-

Mayın 29-dan iyunun 23-dək ilk Avropa Oyunlarının iştirakçıları üçün nəzərdə tutulan yol zolaqlarına daxil olan 1 834 sürücü barədə protokol tərtib edilib.

Bu isə 73 min manatdan çox cərimə deməkdir.

Bu haqda report.az-a Bakı Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

Onun dediyinə görə, Avropa Oyunları zolağından qanunsuz istifadə edən sürücülərin sayı kəskin azalıb:

«Son bir həftə ərzində Avropa Oyunları zolağından hər gün təxminən 4-5 sürücü qanunsuz olaraq istifadə edib. Qeyd etdiklərim çox yaxşı göstəricidir. Bunu da KİV-də aparılan təbliğatın nəticəsi kimi qiymətləndirmək olar».

I Avropa Oyunları ərəfəsində paytaxt küçələrində avtomobillərin hərəkətinə bəzi məhdudiyyətlər tətbiq edilib, o cümlədən, Bakıdan kənarda qeydiyyatda olan avtomobillər şəhərə buraxılmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG