Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:32

ABŞ Avropada ağır texnika yerləşdirir


Ash Carter
Ash Carter

-

“Vaşinqton NATO-dakı müttəfiqlərini sakitləşdirmək üçün Şərqi və Mərkəzi Avropada tank, artilleriya və digər hərbi texnikaların iştirakı ilə ilkin mövqe tutacaq”.

Bunu Birləşmiş Ştatların müdafiə naziri Ash Carter iyunun 23-də Estoniyanın paytaxtı Tallində deyib.

O qeyd edib ki, Estoniya, Latviya, Litva, o cümlədən Bolqarıstan,Rumınya və Polşa ərazilərində bu avadanlıqların yerləşdirilməsinə artıq razılıq veriblər.

Bu hərbi avadanlıqların bir qismi isə Almaniyada yerləşdiriləcək.

Məlumata görə, bu missiyaya 250-dək tank, piyadaların döyüş maşını və s hərbi texnikalar daxildir.

Rəsmilər bu avadanlıqların böyük hissəsinin artıq Avropada olduğunu deyirlər.

Rusiya müdafiə nazirliyinin rəsmisi bəyan edib ki, Rusiya ilə sərhəd olan NATO ölkələrində tank və ağır texnikalar yerləşdirmək soyuq müharibə dövründən bu yana ABŞ tərəfindən ən aqressiv hərəkət olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG