Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:26

İran parlamenti beynəlxalq nüvə müfəttişlərinin ölkənin hərbi obyektlərinə baş çəkməsini qadağan edən qanun qəbul edib.

Bu barədə iyunun 23-də Fars xəbərlər agentliyi məlumat yatyıb.

Bundan bir həftə sonra İran və aparıcı 6 dünya ölkəsi İranın nüvə proqramı ilə bağlı yekun razılaşma imzalamaq fikrindədirlər.

Yeni qanunun bu razılaşmaya mane olub-olmayacağı hələlik bəlli deyil.

Razılaşmada İrnanın nüvə proqramını dondurması və əvəzində ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaların ləğvi nəzərdə tutulur.

Bundan başqa İran beynəlxalq müfəttişlərin onun nüvə obyektlərinə baxış keçirməsinə icazə verməlidir.

Tərəflər iyunun 30-da yekun razılıq əldə etməlidir.

Amma ölkənin böyük hərbi obyektlərinə çıxış məsələsi hələ də həll olunmamış qalır.

İran prezidenti Hassan Rohani bundan əvvəl bu cür yoxlamaların mümkünlüyünü istisna etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG