Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:48

Yerevanda oturaq etiraz aksiyası dağıdılarkən azı 237 nəfər həbs olunub.

Onların arasında jurnalistlər də var.

Aksiyaçılar elektrik enerjisinin bahalaşmasına etiraz edirdilər.

Toqquşma zamanı 10 aksiyaçı və 11 polis xəsarət alıb.

Aksiyaçılardan 3-ü xəstəxanaya götürülüb.

“Talana yox” hərəkatının təşkil etdiyi aksiya iyunun19-dan başlamışdı.

Aksiyaçılar iyunun 22-si axşamadək hakimiyyətə vaxt qoymuşdu.

Müddət bitdikdən sonra aksiyaçılar prezident sarayına tərəf hərəkət etsələr də polis buna ikan verməyib.

Polis aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG