Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Kitabxanalar səsləri yazır


-

Metrolarda eskalatorların səsi möhtəşəmdir

Dünyanın ən böyük səs kitabxanası ABŞ-dadır, onların səslərini İnternetdə də dinləmək mümkündür. Britaniya Kitabxanası isə dünyada ikinci böyük səs kitabxanasıdır.

Orada təbiətin, ətraf mühitin, balinaların səsindən tutmuş meşələrin səsinə qədər, ildırım səslərindən tutmuş balıqların dəniz dibindəki söhbətlərinə qədər, - 200,000 kataloqlaşdırılmış səs var.

Bu səslərə daim yeni səslər əlavə olunur. Bu yay isə Britaniya Kitabxanası üç ay boyunca Britaniya sahillərinin səslərini qeydə alacaq. Bunun üçün sahillərdə kitabxananın şüşəsiz pəncərələri olan otaqları qurulub. Dalğaların və küləyin uzun və qısa səsləri yazılır.

"Biz görmə duyğusunun üstünlük təşkil etdiyi dünyada yaşayırıq", - kitabxananın Tipp adlı bir işçisi "The Guardian"a deyib. Bura qoşulmazdan əvvəl zoologiya sahəsilə məşğul olurmuş.

“Əvvəllər təbiətin səslərinə, heç ətrafımdakı səslərə də bu qədər fikir verməzdim. Bu işə düzələndən sonra Londonun Russell Meydanında nəqliyyata üz tutub oxuyan birəbitdən quşunun səsini eşitməyə başladım.

Bizə uşaqlıqdan dinləməyi öyrətmirlər. Səsləri bir-birindən fərqləndirmək tərbiyəsi almırıq."

6 metr gücündə olan səs arxivi işçisinin ən çox sevdiyi səs Avstraliyanın rəngli, ekzotik səsləri, həmçinin gözlənilməz şəhər səsləridir.

“Metrolarda eskalatorların səsi möhtəşəmdir. Onlara nəsə ilişəndə çox maraqlı səs çıxarırlar.”

Smartfonlar çıxandan sonra milyonlarla insanda fotoqrafiyaya həvəs yaranıb. Amma smartfonların həm də güclü səsyazma bacarığı var.

Tipp deyir ki, səs qoxu kimidir, əgər sən bir mənzərəni görəndə üzünü başqa tərəfə çevirə bilərsənsə, səs belə deyil, onu asanca tərk edə bilməzsən, o, daha qaçılmaz və əsrarəngizdir.

Səs vasitəsilə sənin təxəyyül üçün imkanların daha da genişlənir. Səs – fiziki hərəkətdir, əslində o, şəkildən fərqli olaraq, bizə toxunur.”

Oxu zalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG