Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:29

-

«Ziraat Bank Azərbaycan» ASC-nin ilk filialı gələn həftədən etibarən fəaliyyətə başlayacaq.

Bu barədə apa-ya bankdan məlumat verilib.

Filial «İçəri Şəhər» metro stansiyasının yaxınlığında yerləşir.

«Filial fəaliyyət göstərmək üçün tam hazırdır. Filialın bütün personalı işdədir, lakin hələlik müştərilərə xidmət göstərmir. Gələn həftədən etibarən isə filial fəaliyyətə başlayacaq», - deyə məlumatda qeyd edilib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2014-cü il dekabrın 30-da «Ziraat Bank Azərbaycan» ASC-yə lisenziya verib.

«Ziraat Bank Azərbaycan» Türkiyənin «T.C.Ziraat Bank A.Ş» şirkətinin Azərbaycandakı törəməsidir.

Nizamnamə kapitalı 50 milyon manat, İdarə Heyətinin sədri Avni Demirçi-dir.

2014-cü ilin noyabrınadək «T.C.Ziraat Bank A.Ş» «Azer Turk Bank»da 46 faiz paya malik idi. Türkiyə tərəfi öz payını Əmlak Məsələləri Dövlət Komitəsinin şəxsində dövlətə satandan sonra fəaliyyətini ölkədə «Ziraat Bank Azərbaycan» adı altında davam etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG