Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:12

Ukraynanın şərqindəki separatçılar hökumət qüvvələrini atəşkəs rejimini pozmaqda günahlandırır.

Separatçıların hərbi və siyasi liderlərinin verdikləri məlumata görə, iyunun 22-də başlayan atəş gecə boyu davam edib və nəticədə 3 dinc sakin həlak olub.

Həmçinin Ukrayna ordusunun günün sonunda son vəziyyətlə bağlı məlumat verəcəyi gözlənilir.

Təkcə bu ay gedən döyüşlərdə 60 dan çox əsgər və mülki sakin ölüb.

İyunun 23-də Parisdə Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirlərinin görüşü gözlənilir.

Məqsəd bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs rejimini saxlamaq, son vaxtlar artan zorakılığı səngitməkdir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG