Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:06

-

«Titanik», «Avatar» və başqa məşhur filmlərin bəstəkarı James Horner iyunun 22-də Kaliforniyada təyyarə qəzasında ölüb.

Bu barədə xəbəri «The Hollywood Reporter» yayıb.

Qəza James Horner-in sürdüyü kiçik təyyarədə Santa-Barbaranın şimalından 100 km məsafədə baş verib.

Qəzanın nədən qaynaqlandığı barədə məlumat verilmir.

Köməkçisi 61 yaşlı bəstəkarın ölümünü təsdiqləyib: «Biz böyük ürəkli və inanılmaz istedadlı gözəl bir insanı itirdik».

Ştat rəhbərliyi Horner-in adına qeydiyyatda olan təyyarənin yerə çırpıldığını, amma pilotun şəxsiyyətinin hələ dəqiqləşdirilmədiyini açıqlayıb.

Horner 1998-ci ildə James Cameron-un «Titanik» filminə yazdığı musiqiyə görə iki nominasiyada «Oscar» alıb.

Filmin sauntreki «Sony Classical» kompaniyasının buraxdığı alboma daxil olub və bu albom 27 milyon tirajla bütün dünyaya yayılıb.

Sözlərini Will Jennings-in yazdığı «My Heart Will Go On» mahnısını kanadalı müğənni Celine Dion oxuyub.​

Günün bütün mövzuları

XS
SM
MD
LG