Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:00

Yol qəzasında Britaniya vətəndaşı həlak olub [fotolar]


Heydər Əliyev prospektində baş vermiş qəza

Heydər Əliyev prospektində baş vermiş qəza

-

İyunun 23-də Bakıda baş vermiş yol qəzasında Avropa Oyunlarının mərasim tədbirlərinin təşkili işində çalışan Britaniya vətəndaşı həlak olub.

Böyük Britaniya səfirliyinin sözçüsü Günel Əhmədovanın «Associated Press»ə verdiyi məlumata görə, adı açıqlanmayan həmin şəxsdən başqa qəzada yaralanmış daha iki britaniyalı xəstəxanaya yerləşdirilib.

İyunun 11-də başqa bir qəzada - «Atletlər kəndi»ndə avtobusun üç avstriyalı üzgüçünü vurması nəticəsində 15 yaşlı Vanessa Sahinovic onurğasından ciddi xəsarət alıb.

XƏSTƏXANAYA DÖRD XARİCİ GƏTİRİLİB

İyunun 23-də Bakının Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektində baş verən yol qəzasında zərərçəkənlər arasında xarici ölkə vətəndaşları da olub.

1 saylı Şəhər Klinik Xəstəxanasından AzadlıqRadiosuna bildiriblər ki, xəstəxananın reanimasiya şöbəsinə 4 xarici, 1 yerli vətəndaş gətirilib. Ancaq onların sağlıq durumu barədə əlavə məlumat verilməyib.

İyunun 23-də səhər Heydər Əliyev prospektində «Ford» mikroavtobusu ilə «Mercedes» markalı minik avtomobili toqquşub. Deformasiyaya uğramış avtomobildən 2 cəsəd çıxarılıb.

Çəkdiklərini MobilReportyor-a belə çatdır:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com

Hadisə şahidinin çəkdiyi fotoları təqdim edirik:

nömrəmiz (+420) 778 711 700

Çəkdiyiniz video və fotoları bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG